İrandan Azərbaycana psixotrop maddə keçirməyə cəhdin qarşısı alınıb
3 Dekabr 2015 17:52 KriminalBiləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana psixotrop maddə keçirməyə cəhdin qarşısı alınıb.
Trend Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı İlham Fərzəliyevə məxsus sellofan torbanın və iki ədəd tava qutusunun içərisindən, ümumilikdə 1400 ədəd həbdən ibarət klonazepam adlı dərman preparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, klonazepam adlı dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III Siyahısına daxildir və aşkar olunan 1400 ədəd həbdə klonazepamın təsiredici maddəsinin ümumi miqdarı 2,7 qram təşkil edir. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31