Keçmiş məhbus xuliqanlığa görə saxlandı
3 Dekabr 2015 16:52 KriminalPaytaxtda xuliqanlıq hərəkəti törətmiş şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 24-də Vüsal Babayevə xuliqanlıq zəminində ayaq nahiyəsindən güllə yarası, kürək nahiyəsindən isə bıçaq xəsarəti yetirmiş Bakı şəhər sakini Hökməli Əhmədov tutulub. İlkin araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31