Bakıda dəhşətli avtoqəzada 3 nəfər ölüb
3 Dekabr 2015 16:52 KriminalDekabrın 3-də saat 02 radələrində Xətai rayonunun Babək prospektində Bakı şəhər sakini Samir Yusifov idarə etdiyi "Nissan" markalı avtomobili yolun kənarındakı hasara vurub. DİN-dən verilən məlumata görə, nəticədə sürücünün özü və 20-25 yaşlı 2 sərnişini (şəxsiyyətləri müəyyənləşdirilir) hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31