Qəzaya uğramış avtomobildən cəsədlər çıxarılıb

Fövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda "Nissan" markalı minik avtomobili qəzaya uğrayıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1990-ci il təvəllüdlü Yusifov Samir Rafiq oğlunun, 2 naməlum şəxsin cəsədlərini çıxarıb və 1 nəfəri xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31