Tərtərdə ev və tövlə yanıb, heyvanlar xilas edilib
3 Dekabr 2015 15:12 KriminalTərtər rayonu, Çaylı kəndində vətəndaşa məxsus ev yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 28 kv.m olan evin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 120 kv.m olan qamışdan ibarət tövlə yanıb. Yanğınsöndürənlər tərəfindən tövlədə olan 80 baş xırda buynuzlu heyvan xilas edilib və yaxınlıqda olan ot tayası yangından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31