İtaliyada 37 yaşlı azərbaycanlı həbs olundu

İtaliyada Azərbaycan vətəndaşı Elçin Ələkbərov onu sakitləşdirmək istəyən polisə müqavimət göstərdiyi üçün saxlanılıb.
Lent.az-ın "Corriere della Sera" nəşrinə istinadən verdiyi məlumata görə, hadisə Talyamento çayı sahilindəki tarixi "Piper" klubu yaxınlığında gecə vaxtı baş verib. Klubda "Samuray Geyşaya qarşı" adlı bayram tədbirindən çıxan yetkinlik yaşına çatmamış 4 oğlan 37 yaşlı həmyerlimizin yanındakı xanımı əvvəlcə itələyib, sonra isə təhqir edib. Nəticədə əlbəyaxa dava başlayıb. Olaya polis müdaxilə edərkən, səbəbkarlar aradan çıxıblar. Ələkbərov isə asayiş keşikçilərinə müqavimət göstərib. Bu səbəbdən, o, polis bölməsinə aparılıb.Toqquşmada iştirak edən 5 nəfərin hamısına qarşı ittiham irəli sürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31