Bakıda 20 yaşlı qız cinayət törətdi
2 Dekabr 2015 17:40 KriminalBakıda gənc qız oğurluq edib. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də H.Seyidzadə küçəsində Elnarə Babayevanın evindən mobil telefon, 1 ədəd qızıl bilərzik və 229 manat oğurlanıb. Oğurluqda şübhəli bilinən, həmin evdə kirayədə yaşamış və özünü Nigar kimi təqdim etmiş Tovuz rayon sakini, 1995-ci il təvəllüdlü Gülnarə Novruzova tutulub. Araşdırma davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31