Çayxanada Bakı sakinini bıçaqlayan ələ keçib

Dekabrın 1-də Xətai rayonu ərazisindəki çay evlərindən birindən Bakı şəhər sakini İntiqam Pənahəliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. DİN-dən verilən məlumata görə, Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Sənan Məmmədəlizadə tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31