Yevlaxda 5 ton mənşəyi bəlli olmayan ət aşkar edilib
2 Dekabr 2015 15:34 KriminalCari il noyabr ayının 30-da DİN-in Karantin Tədbirlərini Təmin edən Əlahiddə Polis Taboru və Kənd Təsərrüfatı Nazirliyi əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində Yevlax rayon sakini Elşən Süleymanovun idarə etdiyi "Mercedes" markalı avtomobilə baxış zamanı 5 ton mənşəyi məlum olmayan və qida üçün yararsız ət məhsulu aşkar edilib. DİN-dən verilən məlumata görə, araşdırmalar zamanı həmin ət məhsulunun Bərdə rayon sakini Seyfəddin Novruzova məxsus olması müəyyən edilib. S.Novruzovun evinə baxış zamanı 20 ton mənşəyi məlum olmayan və qida üçün yararsız ət məhsulu aşkar edilərək götürülüb və yoxlanılması üçün Baytarlıq Laboratoriyasına təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31