“Mersedes” in vurduğu piyada xəstəxanada ölüb

Dekabrın 2-də saat 02 radələrində Ağcabədi şəhərində, rayon sakini Sahil Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən rayon sakini Şəhriyar İsmayılovu vurub. DİN-dən verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş Ş.İsmayılov orada ölüb. Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31