Bakıda sauna yanıb

Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli binanın zirzəmisində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan idman zalının saunasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə saunanın taxtadan ibarət divar 2 kv.m sahədə və divarda quraşdırılmış 2 ədəd cərəyan ayırıcısı yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 10 kv.m sahədə əriyib. Saunanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31