Dəmir yolundan oğurluq edən şəxs saxlanıb
1 Dekabr 2015 15:35 KriminalSabunçu rayonunda oöurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Sabunçu dəmir yolu stansiyasının ərazisindən 12 ədəd rels birləşdiricisi oğurlanıb. Hadisəni törətmiş Zabrat qəsəbə sakini Kamran Məlikov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31