9 nəfərin mədəsində 9 kq kokain aşkar edildi

Bu gün  İstanbul Atatürk hava limanında polis tərəfindən 9 nəfər saxlanıb. "Olayların Türkiyə bürosunun verdiyi xəbərə görə, saxlananların çoxu  Cənubi Amerika ölkələrinin vətəndaşlarıdır. Aparılan operativ axtarış tədbirləri nəticəsində türk polisi ölkəyə külli miqdarda narkotik məddə olan kokain gətiriləcyinin xəbərini alıb. Polis bir ay əvvəl 7 aylıq körpələri ilə bərabər İstanbula gələn Boliviyalı ər ərvadı izləməyə başlayıb. Həyata keçirilən əməliyyat-axtarış  tədbirləri nəticəsində qısa müddət ərzində Boliviyalı  Andres P.M və arvadı  Magdelena V.M., Gine'li Antonio D.S,Rumıniya vətəndaşları  Mariana Catalin L.Paragvaylı Roberto C.A. və Braziliya  vətəndaşı  Tamires I.V. həbs ediliblər.  Polis  saxlananların mədəsindən  8 kq  958 gram miqdarında toz kokain aşkar edib. Boliviyalı  Andres P.M və arvadın   Magdelena V.M mədələrindən plasyik kapsulalarar içində tam 1 kq 800qr kokain çıxarılıb. Faktla bağlı cınayət işi açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31