Noyabrın 27-də Şəki rayonunun Aşağı Göynük kəndində şəxsiyyəti məlum olmayan 3 nəfər, rayon sakini Aqil Güləhmədova zor tətbiq edib 161 manatını alıb. DİN-dən verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakinləri Pərvin Məmmədov, Gündüz Abbasov və Taleh Rəhimov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31