Avtomobilləri talayan şəxs tutulub
1 Dekabr 2015 15:33 KriminalXətai rayonu ərazisində naməlum şəxs şəhər sakini Anar Zamanova məxsus "Toyota" markalı avtomobildən açıq talama yolu ilə 270 manat və sənəd götürüb "Lada-Priora" markalı avtomobildə hadisə yerini tərk edib. DİN-dən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Adil Cəlilov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün paytaxt sakinləri Zaməddin Sadıqova məxsus "Mercedes" markalı avtomobildən sənəd və Fazil Məmmədova məxsus "Toyota" markalı avtomobildən qızıl əşyalar və 2 ədəd mobil telefon oğurlaması da müəyyən edilib. Xətai RPİ tərəfindən araşdırmalar aparılır.