Tanınmış həkimin evindən külli miqdarda pul aparılıb
11 Oktyabr 2012 19:00 KriminalOktyabrın 10-da Tovuz rayonunda mənzildən külli miqdarda pul oğurlanıb. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Abulbəyli kənd sakini Nağıyev Nəsib Adil oğlu şikayət ərizəsi ilə müraciət edib. O, bildirib ki, evdə olmadığı vaxt naməlum şəxs və ya şəxslər mənzilində saxladığı 30 min manat pulu oğurlayıb. Evdən digər qiymətli əşyalar götürülməyib. Məlumat daxil olduqdan az sonra N.Nağıyevin oğlu və nəvəsi şübhəli şəxs qismində saxlanılıblar. Lent.az-ın əldə etdiyi digər məlumata görə, külli miqdarda pulu oğurlanan N.Nağıyev Tovuzun tanınmış həkimlərindən biridir. Uzun illər Tovuz rayon Mərkəzi Xəstəxanasında işləmiş həkim sonradan təqaüdə çıxıb və "F-Təbib" özəl klinikasında fəaliyyət göstərməyə başlayıb. Fakt üzrə araşdırmalar davam etdirilir.