Qadının evini qarət edən tutulub

Bakıda soyğunçuluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 20-də Xatirə Kərimovaya qarşı soyğunçuluq, habelə evindən oğurluq etmiş Elnur Məmmədov tutulub. Həmçinin Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 29-da 20 saylı xətt avtobusunda Bakı şəhər sakini Səkinə Səfiyevaya məxsus içərisində mobil telefon və kosmetik əşyalar olan çantanı oğurlamış Cəlilabad rayon sakini Rüstəm Sücəddinov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31