Avtomobillərin qənimindən marixuana götürülüb

Bakı şəhərində avtomobildən oğurluq etmiş şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri İlqar Qasımova, Vüsal Hüseynova, Ramiz İsrafilzadəyə və Vəfa Həsənbəyliyə məxsus avtomobillərdən pul, mobil telefon, sənəd və ətir oğurlamış Bakı şəhər sakini Xalid İsayev tutulub. Ondan 5,19 qram marixuana götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31