Ticarət Mərkəzində oğurluq olub

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Rüstəm Eyniyevə məxsus mağazadan qapının qıfılını sındırmaq yolu ilə gümüş əşyalar oğurlanıb. DİN-dən verilən məlumata görə, hadisəni törətmiş Sumqayıt şəhər sakini Ariz Əliyev Qaradağ Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən tutulub və 10-cu PB-yə təhvil verilib. Həmçinin sözügedən ticarət mərkəzində Bakı şəhər sakini Xalid Həmidova məxsus mağazadan 76 manat dəyərində meyvə oğurlanıb. Hadisəni törətmiş Tərtər rayon sakini Amil Məmmədov və Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Elman Abbasov Qaradağ Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən tutularaq 10-cu PB-yə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31