Avtomobildə 104 ədəd araq aşkar edilib

Gəncə Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində əməliyyat keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, əməliyyat tədbirləri zamanı Azərbaycan vətəndaşı, Göygöl rayon sakini Arzu Həsənovun idarə etdiyi "VAZ-21074" markalı nəqliyyat vasitəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 104 ədəd 1 litrlik şüşə qablarda "VODKA NEMİROFF" adlı araqlar aşkar olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31