Ucarda 4, Sabirabadda 3 otaqlı ev külə döndü
11 Oktyabr 2012 18:03 KriminalUcar rayonu, Yuxarı Şilyan kəndində vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı ümumi sahəsi 260 kv.m olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Evin altına yığılmış 25 ton taxıl yanğından mühafizə olunub. Eyni zamanda, Sabirabad rayonu, Surra kəndində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31