DİN-dən 4 nəfərin öldüyü hadisə barədə - Açıqlama

Daxili İşlər Nazirliyi (DİN) Goranboy rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.Nazirliyin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, qəza rayonun Veyisli kəndində qeydə alınıb.Belə ki, kənddə rayon sakinləri Ələsgər Ələsgərovun və Saday İsmayılovun idarə etdikləri "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və Ə.Ələsgərovun sərnişinlərindən Nofəl İsmayılov, habelə S.İsmayılovun sərnişinlərindən Yaşar Rzayev hadisə yerində ölüb. Ə.Əsgərovun digər 3 sərnişini və S.İsmayılovun digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.Faktla bağlı Goranboy rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31