Balakəndə ev, Masallıda tövlə yandı

Balakən rayonu, Hənifə kəndində  vətəndaşa məxsus mənzildə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı  ümumi sahəsi 75 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 55 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Həmçinin Masallı rayonu, Həsənli kəndində  vətəndaşa məxsus ümumi sahəsi 66 kv.m olan tövlənin yanar konstruksiyaları 36 kv.m sahədə və içərisinə yığılmış 3,5 ton ot bağlamasının 2 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31