Sumqayıtda 2 otaqlı ev yanıb, 3 nəfər xilas edilib

Sumqayıt şəhərində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin mətbəxində 4 kv.m sahədə plastik pəncərə çərçivəsi yanıb. Yanğın zamanı evdə yaşayan 3 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31