Bankomat kartı öğurlayandan narkotik çıxdı
27 Noyabr 2015 16:19 KriminalNoyabrın 25-nə keçən gecə Xətai rayonu ərazisində Bakı şəhər sakini Elnur Hüseynova məxsus "KİA" markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 6 ədəd bankomat kartı və geyim əşyası oğurlanıb. DİN-dən verilən məlumata görə, Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Samir Babayev tutulub, ondan 0,248 qram heroin götürülmüşdür. Əətrafında aparılmış əməliyyat tədbirləri ilə onun noyabrın 15-də Hökümə Babayevaya və Şamil Fətəliyevə məxsus avtomobillərdən pul və mobil telefon oğurlaması da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31