Qadının pul kisəsini alıb qaçan saxlanıb
27 Noyabr 2015 16:18 KriminalXətai rayininda qadının pul kisəsi oğurlanıb. DİN-dən verilən məlumata görə, Xətai rayonunun R.Bağırov küçəsində Bakı şəhər sakini Fərqanə Eminovanın pul kisəsini açıq talama yolu ilə əlindən alıb qaçmağa cəhd göstərmiş Gürcüstan vətəndaşı Kənan Qələndərov həmin ərazidə xidmət aparan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. Saxlanılan şıxs Xətai RPİ 37-ci PB-yə təhvil verilib. Xətai RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31