Soyğunçular yaxalanıblar

Noyabrın 26-da gecə saat 02 radələrində Xəzər rayonunun Binə qəsəbəsində şəxsiyyəti məlum olmayan 2 nəfər "Saipa" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini İbrahim Qarayevi bıçaqla hədələyib pul verməsini tələb ediblər. DİN-dən verilən məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakinləri Ədalət Şirəliyev və Telman Məmmədov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31