Hacıqabulda ər arvadını qətlə yetirib, daha sonra özünü güllələyib

Hacıqabul rayonunda qətl hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Hacıqabul şəhəri Əlağa Vahid küçəsi -155 ünvanında qeydə alınıb. Rayon sakini 1953-cü il təvəllüdlü Hüseynov Əflan Gəncəli oğlu həyat yoldaşı, 1954-cü il təvəllüdlü Hüseynova Almaz Sabir qızına ürək nahiyəsinə bıçaqla vuraraq qətlə yetirib. Bundan sonra Ə. Hüseynov özünü ov tüfəngi ilə vuraraq öldürüb. Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31