Qadının cibindən mobil telefon oğurlayan ələ keçdi

Noyabrın 25-də metronun 28 May stansiyasında Abşeron rayon sakini Sevinc Həmidovanın cibindən mobil telefon oğurlanıb. DİN-dən verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerlisi, əvvəllər məhkum olunmuş İlkin Əhmədov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31