Soyğunçular ələ keçdilər

Yasamal rayonunun Tbilisi prospektində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Niyazi Məmmədovun 500 manat və 700 ABŞ dollarını açıq talama yolu ilə alıblar. DİN-dən verilən məlumata görə, Yasamal RPİ 29-cu PB və Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Biləsuvar rayon sakinləri Elməddin Əhmədov və Feyruz Rufullazadə tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31