İrandan markotik vasitə keçirmək istədi

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı İsmayıl Məmmədovun üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxıama zamanı onun əl yükündən 10 ədəd həb və 55 ədəd kapsula şəklində olan "Metadone-20" adlı dərman preparatları aşkar edilərək götürülüb. Xatırladaq ki, metadon adlı dərman preparatları "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan həmin preparatlarda metadonun təsiredici maddəsinin ümumi xalis çəkisi 1,3 qram təşkil edir. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31