Qızlar oğlana görə bıçaq davasına çıxdılar

Paytaxtda gənc qız özünə bıçaq xəsarəti yetirib. Belə ki, Bakıxanov qəsəbəsində yaşayan Ağdam rayon sakini, 1990-cı il təvəllüdlü Fərqanə Abbasova Sabunçu qəsəbəsi, B.Bünyatov küçəsi, ev 14 ünvanında yaşayan, 1985-ci il təvəllüdlü İlahə Mustafayevanın evinə gəlib. O, həmin vaxt İlahə Mustafayeva ilə mübahisə edib. Mübahisə zamanı Fərqanə Abbasova bıçaqla özünə çoxsaylı xəsarətlər yetirib. O, qarın boşluğundan aldığı xəsarətlərlə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. İlkin məlumata görə, gənc qızlar arasında mübahisə oğlan üstündə baş verib. Fərqanə Abbasovanın sevdiyi oğlanla sonradan İlahə Mustafayevanın münasibəti yaranıb. Bu münasibətdən sonradan Fərqanə xəbər tutaraq, onun evinə gəlib və özünə xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31