Elşad Abdullayev “KQB” agenti çıxdı
11 Oktyabr 2012 16:30 KriminalFəaliyyəti dayandırılmış Azərbaycan Betnəlxalq Universitetinin rektoru Elşad Abdulayev vaxtı ilə "KQB"-nin agenti olub. Belə bir açıqlama ilə çıxış edən sabiq millət vəkili Cümşüd Nuriyev "OLAYLAR"-a deyib ki, Elşad Abdullayev bir müddət təhlükəsizlik orqanlarında çalışıb: "Onun hərbi rütbəsi də kapitan olub. Azərbaycanda çox az adam bilir ki, Elşad Abdullayev vaxtı ilə "KQB"-nin agenti olub. Bu birmənalıdır". Cümşüd Nuriyev onu da bildirib ki, son vaxtlar gündəmi məşğul edən məlum videogörüntülər də peşəkarcasına çəkilib: "Ancaq Elşad Abdullayev o səviyyədə agent olmayıb ki, belə bir peşəkar işlər görsün. Həmin çəkilişlər peşəkarcasına aparıldığı üçün mümkündür ki, Elşad Abdullayev həmin görüntüləri alsın".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31