Qadın meyitinin kimliyi müəyyənləşdi
11 Oktyabr 2012 16:24 KriminalOktyabrın 6-da Samur-Abşeron kanalının Quba rayonu Əliməmməd-oba kəndi ərazisindən keçən hissəsində tapılan qadın meyitinin kimliyi müəyyənləşib.Araşdırmalar nəticəsində məlum olub ki, kanalda tapılan 32 yaşlı Qusar rayon Gican kənd sakini Nəbiyeva İspəgül Sanaybəy qızının meyitidir.Quba rayon Prokurorluğunda faktla bağlı araşdırmalar davam etdirilir. Meyit aşkarlanan zaman üzərində heç bir xəsarət və zorakılıq əlamətləri aşkar edilməyib. ("OLAYLAR")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31