Paytaxtda maşın qaçıran tutulub

Noyabrın 24-nə keçən gecə Nərimanov rayonu ərazisindən Bakı şəhər sakini Filman Mirzəliyevə məxsus "VAZ-2101" markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, hadisəni törətmiş Bakı şəhər sakini Elnur Şıxıyev noyabrın 24-də saat 06 radələrində Moskva prospektində Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən saxlanılaraq 18-ci PB-yə təhvil verilib. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31