Avtoqəzada sürücü dünyasını dəyişib
25 Noyabr 2015 16:22 KriminalAğstafada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, hoyabrın 24-də saat 18 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndində kənd sakini Qabil Salıfovun idarə etdiyi "VAZ-21013" və Qazax rayon sakini Səyalı Mirzəliyevanın idarə etdiyi "Kia" markalı avtomobillər toqquşub. Nəticədə Q.Salıfov hadisə yerində ölüb, S.Mirzəliyevanın sərnişini xəstəxanaya yerləşdirilib. BDYPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31