Qaz borusu oğurlayan ifşa edilib
25 Noyabr 2015 16:21 KriminalAbşeronda oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-nə keçən gecə Ceyranbatan qəsəbəsində Abşeron rayon qaz istismar sahəsinə məxsus istifadə edilməyən dəmir qaz borusunun 350 metrlik hissəsini kəsərək oğurlamış Saray qəsəbə sakini Elşən Orucov və Sumqayıt şəhər sakini Şamoy Məhərrəmov tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31