Mənzildən oğurluq edənin digər əməlləri də aşkarlandı

Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 14-də Nəsibə Məlikovaya, Edilya Zöhrabovaya və Elşən Seyfullayevə məxsus mənzillərdən pul və mobil telefon oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əfrasiyab Əlimov tutulub. DİN-dən verilən məlumata görə, ondan 0,340 qram heroin götürülüb Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun noyabrın 24-nə keçən gecə Bakı şəhər sakini Rasim Qayınbəyova məxsus "KİA" markalı avtomobildən bankomat kartları və Südabə Sədiyevanın mənzilindən 50 manat, sənəd, qızıl və gümüş əşyalar oğurlaması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31