Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 73 kv.m olan birmərtəbəli 3 otaqlı tikilidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisində olan paltar şkafları yanıb. Yaxınlıqdakı neft quyusu yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31