Azərbaycanlı bir çemodan qızılla tutuldu

Moskvanın Vnukovo aeroportunda Azərbaycan vətəndaşı Sabit Məmmədov saxlanılıb. Lent.az-ın Rusiyanın NTV kanalına istinadən verdiyi məlumata görə, Sabit Məmmədov çemodanda Moskvaya 201 ədəd qızıl üzük aparmaq istəyirmiş.Qızılın ümumi dəyəri 7 milyon rubldan (təxminən 210 min dollar) çoxdur.
Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31