Oğurluqla məşqul olan dəstə ifşa olundu

Binəqədi rayonunda oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Binəqədi rayonu ərazisində yaşayan Oktay Quliyevin evinin zirzəmisindən 2 ədəd su mühərriki, 3 ədəd su qızdırıcısı, 30 metr kabel və avtomobil diski oğurlanıb. Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Neftçala rayon sakini Valeh Quliyev, Masallı rayon sakinləri Həsənağa Əliyev və əvvəllər məhkum olunmuş Qafar Qəhrəmanlı tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31