Yardımlı sakinindən qumbara götürülüb

Yardımlı sakinində silah aşkarlanıb. DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon sakini Elşad Dadaşovdan qumbara və 11 ədəd müxtəlif çaplı patron götürülüb. İlkin araşdırmalar zamanı onun əvvəllər məhkum olduğu müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31