Evdən qızıl aparan şəxs ələ keçib

Lənkəranda pğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 12-də Raqim Abıyevin evindən 30000 rubl (480 manat) və 30000 manat dəyərində qızıl əşyalar oğurlamış Astara rayon sakini, əvvəllər məhkum olunmuş Ramin Quliyev tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31