Sumqayıt sakinin evində silah aşkarlandı
24 Noyabr 2015 16:50 KriminalSumqayət şəhər sakininin evində silah-sursat aşkarlanıb. DİN-dən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Mirzə Mirzəyevin mənzilindən 2 ədəd qumbara, 1 ədəd nömrəsi silinmiş və lüləsi kəsilmiş "İJ-K" markalı ov tüfəngi və 7 ədəd patron aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31