İrandan matadon keçirmək cəhdinni qarşısı alınıb
24 Noyabr 2015 12:17 KriminalBiləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Elşən Əhmədovun üzərində yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı onun gödəkçəsinin cibindəki siqaret qutusunda 5 ədəd həbdən ibarət metadon adlı dərman preparatı aşkar edilib. Xatırladaq ki, metadon adlı dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və 5 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,025 qram təşkil edir. Faktla bağlı təhqiqat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31