Yavər Camalovun qohumu işdən çıxarıldı

Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəhbərliyi ağır cəzalandırılıb. Daxili İşlər Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində şöbənin fəaliyyətində xeyli nöqsanlar aşkar edilib. Bundan sonra isə Sumqayıt şəhər DYP-nin rəisi Azad Camalov və daha bir neçə polis zabiti işdən çıxarılıb. A.Camalov və digərləri sərəncama göndərilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbəri  təsdiqlədilər. Mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsində yoxlamalar aparılıb. Yoxlamanın nəticəsinə əsasən şöbənin rəisi də daxil olmaqla rəhbərlikdə təmsil olunan 4 polis zabiti işdən çıxarılıb. Xatırladaq ki, Azad Camalov Azərbaycan müdafiə sənayesi  Yavər Camalovun qohumudur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31