Maşın qaçıran saxlanıb

Noyabrın 21-də Qazax rayonunun Daş Salahlı kəndindən kənd sakini İsmət Qarayevə məxsus "QAZ-33021" markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmkəndlisi Hacıman Pəlilov saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31