Lənkaranda inzibati bina yanıb

Lənkəran şəhərində ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 7 otaqlı inzibati binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə binanın dam örtüyünün yanar konstruksiyaları 7 kv.m sahədə, 2 otağın yanar konstruksiyaları və içərisindəki əşyalar 18 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31