Bakıda axtarışda olan şəxslər saxlanılıb

Bakıda axtarışda olan şəxslər saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xəzər rayon 2-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin (CM) 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1963-cü il təvəllüdlü Cəmşid Əliyev tutulub. Binəqədi rayon 5-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, CM-nin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan 1981-ci il təvəllüdlü Ramin Rəcəbov yaxalanıb. Səbail rayon 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1981-ci il təvəllüdlü Əliyar Qurbanov saxlanılıb. Hər bir faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31