Yol qəzasında vəfat edən şəxsin ailə üzvünə 5 min manat kompensasiya verilib
20 Noyabr 2015 15:01 Kriminalİcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişi həyata keçirilib. "APA-Economics"ə verilən məlumata görə, büro tərəfindən 1 noyabr 2014-ci il tarixində saat 17:00 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycan vətəndaşına 5000 manat məbləğində kompensasiya ödənişi verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31